İlon Maskdan görmə məhdudiyyətli insanlar üçün hazırlanan implant barədə AÇIQLAMA – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Neuralink” neyrotexnologiya şirkəti görmə məhdudiyyətli insanlar üçün “Blindsight” implantını hazırlayır.
Bu barədə şirkətin təsisçisi İlon Mask məlumat verib.
“Blindsight” “Neuralink“in “Telepathy”dən sonrakı növbəti məhsuludur.
Qeyd edək ki, “Blindsight” implantı artıq meymunlar üzərində sınaqdan keçirilib. Görüntü “Nintendo”nun ilkin qrafik oyunları kimi əvvəlcə aşağı keyfiyyətdə olacaq”, – deyə o “X” sosial şəbəkədəsindəki hesabında yazıb.
Daha əvvəl təqdimatların birində Mask qeyd edib ki, “Neuralink” hətta heç vaxt gözü görməyən insanlara belə bu imkanı verə biləcəyinə inanır.
Qeyd edək ki, bir gün əvvəl neyrotexnologiya şirkətinin implantı olan ilk xəstənin şahmat oynadığı görüntülər yayımlanıb. 29 yaşlı Nolan Arbo təxminən səkkiz il əvvəl yol-nəqliyyat nəticəsində iflic olduğunu və çiyinlərinin altında heç nə hiss etmədiyini bildirib. İndi o, öz notbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirə və fiqurları yenidən düzə bilir.
Xatırladaq ki, yanvarın 28-də “Neuralink” şirkəti ilk dəfə insan beyninə implant yerləşdirib.
Mənbə: TASS
BƏNZƏR MƏQALƏLƏR
-
İnsanların süni intellektli köməkçiləri: Rəqəmsal klonlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz İnsanlar bütün işlərini onların əvəzinə görməsi üçün özlərinin […]
-
Yenilənmiş insanabənzər robot təqdim olundu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının […]
-
Pivə istehsalçısı və “Nokia”dan yeni telefon
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Son illərdə “Nokia” brendi altında cihazlar istehsal edən […]