İlin əvvəlindən bəri İmişlinin 8 yaşayış məntəqəsi qazlaşdırılıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İlin əvvəlindən bəri İmişlinin 8 yaşayış məntəqəsi qazlaşdırılıb

İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir.

Qaz verilmiş yaşayış məntəqələrinin sırasına Nurulu kəndi də əlavə olunub. 126 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem üzrə 3 min 402 metr polietilen və 17 min 796 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac quraşdırılıb.

Nurulu kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib. Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, ilin əvvəlindən indiyədək rayonun 8 yaşayış məntəqəsi qazlaşdırılıb. Nurulu kəndi də daxil olmaqla, hazırda rayonun 26 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə edilir. On kənddə isə bu istiqamətdə işlər aparılır. Yaxın günlərdə həmin kəndlərə də təbii qazın verilməsi təmin ediləcək.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top