III Çarlz tacqoyma mərasimində əsrlərlə davam edən ənənəni pozacaq – FOTO
Britaniya kralı III Çarlz və onun həyat yoldaşı Kamilla tacqoyma mərasiminə yollanmaq üçün 260 illik “Gold State” yay faytonundan istifadədən imtina ediblər. Bu faytondan ənənəvi olaraq yeni monarxın tacqoyma mərasimində Bukingem sarayından Vestminster abbatlığına aparan yolda istifadə olunub.
Məlumata görə, səfər üçün başqa nəqliyyat vasitəsi seçilib. “Gold State”dən isə ancaq kralı və arvadını yenidən saraya aparmaq üçün istifadə olunacaq.
Qeyd edilir ki, II Elizabet sözügedən faytonda 1953-cü ildə tacqoyma mərasiminə yollanıb. Lakin sonradan, 2018-ci ildə o, səyahətin “dəhşətli” olduğunu etiraf edib, çünki 1762-ci ildə hazırlanan fayton zəif asma qabiliyyətinə malikdir – yolda titrəmə çox hiss olunub.
Mənbə: Daily Mail
BƏNZƏR MƏQALƏLƏR
-
İqlim dəyişikliyi Avropanı həmişəlik dəyişəcək
İnsan fəaliyyəti iqlimin istiləşməsinə azı son 2000 ildə görünməmiş dərəcədə təsir edir. Bu nəticəyə İqlim […]
-
Həkimin “iş vaxtı” və ya bir telefon zəngi ilə xilas edilən həyat
Sən demə, sadə bir telefon zəngi ürək xəstəliyi olan xəstələrin sağ qalmasına səbəb ola bilir. […]
-
“The Crown”da gənc Keyt Middlton və Şahzadə Uilyamı canlandıran aktyorların ilk görüntüləri yayıldı – FOTO
“The Crown” (“Tac”) serialının altıncı mövsümünün çəkilişlərindən ilk kadrlar yayılıb. Kadrlarda gənc Keyt Middlton və […]