II Filip və dördlüklə qovuşma: Şahzadə Uilyamdan maraqlı vida paylaşımı - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

II Filip və dördlüklə qovuşma: Şahzadə Uilyamdan maraqlı vida paylaşımı – FOTO

Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton Böyük Britaniyanın mərhum kraliçası II Elizabetə həsr olunmuş vida postu dərc ediblər.

Paylaşımda kraliçanın nadir fotoları yayımlanıb.

Kraliçanın dəfn mərasimindən olan şəklə “Əlvida, kraliça, ana, nənə və ulu nənə”, – deyə şərh yazılıb.

Digər paylaşımda kraliçanın nadir görüntüsü əks olunub.

“Qoy mələklərin uçuşu sənin dincliyini tərənnüm etsin. Əlahəzrət Kraliçanın xatirəsinə. 1926-2022”, – deyə həmin paylaşıma şərh yazılıb.

Qeyd edək ki, Uilyam Şekspirin “Hamlet” tamaşasından olan bu sözləri Böyük Britaniyanın yeni Kralı III Çarlz (Şahzadə Çarlz) anasının ölümündən sonra britaniyalılara ilk nitqi zamanı deyib.

Daha bir şəkildə isə kraliçanın mərhum əri Edinburq hersoqu II Filip, atası kral VI Georq, anası kraliça Elizabet və bacısı şahzadə Marqaretlə birlikdə şəkli yayımlanıb. Qeyd edək ki, sentyabrın 8-də vəfat edən II Elizabet məhz onların yanında dəfn edilib.

Mənbə: Gazeta.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top