Hindistanın loukoster aviaşirkəti Dehlidən Bakıya birbaşa uçuşlar açır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hindistanın loukoster aviaşirkəti Dehlidən Bakıya birbaşa uçuşlar açır

Hindistanın “IndiGo” loukoster (aşağı büdcəli) aviaşirkəti avqust ayından Dehli və Bakı arasında birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

Bu barədə aviaşirkətdən məlumat verilib.

“IndiGo” 6 yeni istiqamət və 174 yeni həftəlik uçuş sayəsində beynəlxalq trafiki genişləndirmək niyyətindədir. Beynəlxalq istiqamətlərin ümumi sayı isə 26-dan 32-yə yüksələcək.

İyulun sonu – avqustun əvvəlində Mumbaydan Nayrobi (Keniya) və Cakartaya (İndoneziya) birbaşa uçuşlar həyata keçiriləcək. Avqustda Dehlidən Tbilisiyə (Gürcüstan) və Bakıya (Azərbaycan), sentyabrda isə Daşkənd (Özbəkistan) və Almatıya (Qazaxıstan) uçuşlar başlayacaq.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top