
Həzi Aslanov: Azərbaycanda insan alverinə qarşı mübarizə kompleks şəkildə aparılır
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanda insan alverinə qarşı mübarizə kompleks şəkildə aparılır. Milli Fəaliyyət Planına uyğun olaraq müəyyən dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov mayın 8-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatına münasibət bildirərkən səsləndirib.
Həzi Aslanov diqqətə çatdırıb ki, məcburi əməyin qarşısının alınması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən iki mindən çox insan işlə təmin olunub, işsiz kimi qeydiyyata alınmış 502 şəxsə sığorta ödənişi təyin edilib. 36 nəfərin sosial, 327 nəfərin haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Onun sözlərinə görə, hesabat ilində müəyyən edilmiş 94 insan alveri qurbanından 93-ü Azərbaycan Respublikasının vətəndaşıdır. Onlardan 82-i cinsi istismar məqsədilə Türkiyə, 1-i İran, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Qurbanlardan 6-ı uşaqdır.
Qurbanlardan 73 nəfəri Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək hamısı tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunub. Eyni zamanda, insan alverinin 25 qurbanı pеşə kurslаrınа yönəldilib, 9-nun işlə təmin еdilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]
-
Abşeron və Qəbələdə becərilən çaytikanı bitkisinin məhsuldarlığı araşdırılıb
Bakı, 1 iyun, AZƏRTAC Çaytikanı (Hippophae rhamnoides L.) meyvəsi mineral maddələrlə və vitaminlərlə zəngindir. Onun […]