
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2023”ün qalibləri müəyyənləşib
Bakı, 7 may, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2023”ün qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda kişilər arasında ukraynalı Boqdan Simonoviç qalib gəlib. İkinci yeri gürcüstanlı David Karataşvili, üçüncü pilləni türkiyəli Çoban Arkan tutub.
Qadınların mübarizəsində ukraynalı Natalya Simonoviç birinci olub. Türkiyəli Hasibe Demir marafonu ikinci, digər ukraynalı atlet Valentina Poltavska üçüncü pillədə başa vurublar. Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanı olub və 21 kilometrlik məsafəni əhatə edib. 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Ölkəmizin artan gücü və potensialı hər kəsin diqqətini çəkir – şərh
Bakı, 1 iyun, AZƏRTAC Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısında iştirak etməsi […]
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]