Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən Toronto-Dehli reysinin sərnişinləri yola salınıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən Toronto-Dehli reysinin sərnişinləri yola salınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Air Canada” aviaşirkətinin Toronto-Dehli reysini yerinə yetirən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər hava gəmisi ilə yola salınıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanından uğurla Dehliyə yola düşüb.

Qeyd edək ki, Bakı aeroportu bütün növ təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və hər cür hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top