Həsrət Cəfərov: Sevinirəm, amma qızıl medalın yeri başqadır
Paris, 8 avqust, Elnur Salahov, AZƏRTAC
“Təəssüratlarım yaxşıdır, Olimpiya üçüncüsü oldum. Məni dəstəkləyən və uğuruma sevinən hər kəsə təşəkkürümü bildirirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Həsrət Cəfərov deyib.
67 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı 3-cü yeri tutduğu üçün məyus olmadığını bildirib: “Sevinirəm, sadəcə, qızıl medalın yeri başqadır. Əsas odur, Vətənə medalsız dönmürəm. Komandamızın başı üzərində sanki “qara bulud” var. Medal qazana bilmirdik. Açılışı mən etdim, inanıram ki, davamını uşaqlar gətirəcəklər”.
O, əsas hədəfinin “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında qızıl medal əldə etmək olduğunu vurğulayıb: “Daha yaxşı hazırlaşıb böyük uğurlar qazanmaq istəyirəm”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]