
Hesablama Palatasının sədri: “Dövlət satınalamaları haqqında” qanun gözlənilən rola malik olmadı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dövlət satınalmaları haqqında” qanun və onun tətbiqi ilə bağlı mexanizmlər, son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və ümumiyyətlə, təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında gözlənilən əhəmiyyətli rola malik olmadı.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni qanun qüvvəyə minəcək. Hazırkı “Dövlət satınalmaları haqqında” qanun 22 il qüvvədə olub:
“Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər edilib. Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir. Satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni qanunun tələbləri əsasında aparılacaq. Hesab edirik ki, yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyən etməli, planlaşdırma işlərinə vaxtında başlamalı və qanunun tələblərinə ciddi riayət etməlidirlər”.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]