
Hərbi Prokurorluğa ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb
Bakı, 23 yanvar, AZƏRTAC
Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin olunub. 2021-ci illə müqayisədə 2022-ci ildə ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb. Bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır.
AZƏRTAC xəbər verir ki, bunu Hərbi Prokurorluqda keçirilmiş kollegiya iclasında Baş prokurorun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
O bildirib ki, bundan başqa, şəxsi qəbulların sayı 15,7 faiz artıb. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara ciddi əməl edilməsi tələb olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
Bakı, 8 fevral, AZƏRTAC Yaponiyanın Kioto Universiteti yaponların qanından alınan induksiya edilmiş kök hüceyrələrin (iPS […]
-
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar. […]
-
Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
Bakı, 8 fevral, AZƏRTAC İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb. […]