Hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşlar təxirə salındı
Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin bu günə olan 2151/2152 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
“Xatırladırıq ki, uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir.
AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 “WhatsApp” nömrələri vasitəsilə müraciət edə bilərsiniz”, – AZAL-dan bildirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]