
“Haber Global”: “Dünyanın problemini Azərbaycan həll edəcək” – VİDEO
“Ərzaq təhlükəsizliyi dünyanın ən böyük problemlərindən biridir. Qlobal istiləşmə və müharibələr qidaya çıxışın qarşısını alır. Azərbaycan şirkəti olan “AZCHEMCO” bu problemin həlli üçün “cansız” torpaqları yararlı hala gətirən məhsul hazırlayıb”.
Bu barədə “Haber Global”da hazırlanan süjetdə deyilir.
Bildirilir ki, məhsul Xəzər, Qara dəniz və Şərqi Avropa bazarları üçün “Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” konfransında təqdim edilib.
Bu konfransda istehsalçılar, ticarət-logistika infrastrukturu, ixracat və öz sahələrində ixtisaslaşmış texnologiya şirkətləri bir araya gəliblər. Onlardan biri də Azərbaycanın aqrokimya şirkəti “AZCHEMCO” idi.
“AZCHEMCO” şirkəti tərəfindən hazırlanmış məhsul quraqlıqla mübarizədə böyük rol oynayır. İllərlə istifadə olunmayan, bir dənə də olsun məhsul verməyən torpaqlar canlanır, kənd təsərrüfatına töhfə verir.
Qeyd edək ki, dünən İstanbulda Xəzər, Qara dəniz və Şərqi Avropa bazarları üçün “Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” 5-ci yubiley beynəlxalq konfransı işə başlayıb.
Ətraflı “Haber Global”ın süjetində:
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda bankların xalis mənfəəti 23% artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan […]
-
Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda SAXTA QIZIL satışa çıxarılıb”
“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə […]
-
Bu gün Lənkəranda qaz olmayacaq
Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) […]