Gürcüstanın baş naziri İrakli Qaribaşvili iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib – YENİLƏNİB + FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gürcüstanın baş naziri İrakli Qaribaşvili iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib – YENİLƏNİB + FOTO

Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Qəbulda iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmi, tərəfdaşlığın inkişafı istiqamətləri vurğulanıb, potensial layihələrin həyata keçirilməsinin ölkələrimiz üçün faydaları qeyd olunub. Görüşdə mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.

17:36

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilir:

“Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvilinin (@GharibashviliGe) qəbulunda oldum. Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafının ölkələrimiz üçün faydalarının, iqtisadi tərəfdaşlığın gücləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğuladıq”.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top