Gürcüstandan 37 min 660 ədəd avtomobil ixrac edilib
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gürcüstandan 37 min 660 ədəd avtomobil ixrac edilib

2022-ci ilin yanvar-avqust aylarında Gürcüstandan ümumi dəyəri 376,1 milyon ABŞ dollar olan 37 min 660 ədəd avtomobil təkrar ixrac edilib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, bu rəqəmlər 2014-cü ildən bəri ən böyük ixracdır.

2022-ci ildə Gürcüstandan ən çox avtomobilin çıxdığı ilk 10 ölkəni təqdim edirik:

Azərbaycan – 141,6 milyon ABŞ dolları (14 994 ədəd avtomobil)

Ukrayna – 71,7 milyon ABŞ dolları (7 473 ədəd avtomobil)

Ermənistan – 41,7 milyon ABŞ dolları (4 414 ədəd avtomobil)

Qazaxıstan – 31,7 milyon ABŞ dolları (3 489 ədəd avtomobil)

Rusiya – 26,8 milyon ABŞ dolları (2005 ədəd avtomobil)

Qırğızıstan – 20,6 milyon ABŞ dolları (3 307 ədəd avtomobil)

Belçika – 18,4 milyon ABŞ dolları (382 ədəd avtomobil)

Birləşmiş Ərəb Əmirlikləri – 5,773 min ABŞ dolları (76 ədəd avtomobil)

Tacikistan – 5,075 min ABŞ dolları (867 ədəd avtomobil)

Belarus – 2,864 min ABŞ dolları (88 ədəd avtomobil)

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top