Gürcüstan portalında Şuşa Bəyannaməsi barədə material dərc olunub
Tbilisi, 9 iyul, AZƏRTAC
Gürcüstanda geniş oxucu kütləsinə malik olan 24news.ge və realnews.ge portalları da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Qarabağ Bəyannaməsini imzalamalarına dair material dərc ediblər.
AZƏRTAC xəbər verir ki, “Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar” sərlövhəli materialda sənədin Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın imzaladığı qeyd olunur.
Bəyannamədə türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu qeyd olunub.
Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Portallar, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən söylədiyi fikirlər barədə də məlumat yayıblar.
Prezident İlham Əliyevin fikirlərindən gətirilən sitat əsasında yayılan məlumatda deyilir: “Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirib”.
Portallarda Azərbaycan Prezidentinin Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışındakı iştirakı barədə də məlumatlar yayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]