Gülnarə Abbasova: Gözlənilən hava şəraiti ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gülnarə Abbasova: Gözlənilən hava şəraiti ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq

Bakı, 14 avqust, AZƏRTAC

“Respublikanın bəzi ərazilərində avqustun 15-dən 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi və “sarı” xəbərdarlığa uyğun olaraq külək əsəcəyi proqnozlaşdırılır. Gözlənilən intensiv yağıntılarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlarımızı daha diqqətli və ehtiyatlı davranmağa çağırırıq”.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları və hava proznozlarını diqqətlə izləməlidir: “Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir”

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top