
“Guardian”: “ABŞ korporasiyaları Qəzza münaqişəsindən qazanc əldə etməyə ümid edirlər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
““Wall Street” İsrail və HƏMAS arasındakı münaqişənin fonunda böyük gəlir əldə edəcəyini gözləyir”.
Bunu “Guardian”ın köşə yazarı İlay Klifton deyib.
Jurnalistin sözlərinə görə, BMT İsrail və Qəzza zolağında zorakılıq partlayışı fonunda müharibə cinayətləri ilə bağlı xəbərdarlıq edib. Bu arada, “Wall Street” “gəlir partlayışına” ümid edir.
ABŞ-nin maliyyə konqlomeratları olan “Morgan Stanley” və “TD Bank”, İsrail və HƏMAS arasında münaqişənin başlamasından bəri səhmlərin qiymətləri 7% artdıqdan sonra aerokosmik və silah sektorunda uğur qazanacağına ümid edir.
Analitiklər münaqişənin eskalasiyasından və İsrailə 106 milyard dollarlıq hərbi yardımın ayrılmasından əldə edilə biləcək potensial gəlirə diqqət çəkiblər.
“HƏMAS əlavə tələbat yaratdı”, – deyə Klifton “TD Cowen”in idarəedici direktoru və aerokosmik sahəsində ixtisaslaşan baş tədqiqat analitiki Kay fon Rumoranın sözlərindən sitat gətirib.
Məqalənin müəllifi İlay Klifton qeyd edib ki, Amerikanın iri korporasiyalarının ekspertlərinin şərhləri onların insan hüquqları ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir. O, yüzlərlə insanın ölümü fonunda maliyyə faydaları ilə bağlı etinasız müzakirələri qəddarlıq adlandırıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]