Göygöldə cüdo üzrə Avropa Kuboku turniri start götürüb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Göygöldə cüdo üzrə Avropa Kuboku turniri start götürüb

Göygöl, 6 may, E. Məmmədov, AZƏRTAC

Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin ilk günü qızların yarışında -40, 44, 48 və -52, oğlanların yarışında isə -50, -55, 60 və -66 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, iki gün ərzində 18 ölkədən 268 cüdoçu tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top