Göyçayda festival keçiriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

GöyçayFest

Göyçayda festival keçiriləcək

Göyçayda “Aqroturizm və Məşğulluq” festivalı keçiriləcək

İyunun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Aqroturizm və Məşğulluq” (#GöyçayFest) festivalı keçiriləcək.

Festivalda kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri təşkil olunacaq. Həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları və həyata keçirilmiş layihələr nümayiş etdiriləcək.

Festivalda iştirakçıları aqroturizmçilər və işəgötürənlərin nümayiş etdirdikləri məhsullarla tanış olmaq imkanı qazanacaq, təşkil olunacaq satış sərgisində yerli sahibkarların məhsullarını əldə edə biləcəklər.

Tədbir Dövlət Məşğulluq Agentliyi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu,  Dövlət Turizm Agentliyi, Göyçay Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, “Aznar” QSC, “Göyçay-Süd” ASC və Azərbaycanda Qadın Sahibkarığının İnkişafı Assosiasiyasının birgə tərəfdaşlığı ilə baş tutacaq.

Məqsəd regionda aqroturizm və ekoturizmin, eləcə də milli qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir. Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top