Görmə qabiliyyəti demensiyanı 12 il əvvəldən xəbər verə bilər
Bakı, 21 iyun, AZƏRTAC
Təxminən 9 min adamın müayinəsi zamanı demans (ağılsızlıq) diaqnozu qoyulmadan 12 il əvvəl gözün həssaslığının azalmasının beyində geriləmə əlaməti ola biləcəyi müəyyən edilib.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Norfolk bölgəsində yaşayan 8623 sağlam insan bununla bağlı tədqiq olunub. Araşdırma nəticəsində göz problemlərinin koqnitiv tənəzzülünün erkən əlaməti ola biləcəyi müəyyənləşib.
“Scientific Reports” elmi jurnalında dərc edilən araşdırmada 2004-2011-ci illər arasında 48-92 yaş arası iştirakçılar izlənilib. Tədqiqatın əvvəlində iştirakçılar gözlərinin həssaslığını ölçmək üçün sınaqdan keçirilib və hərəkət edən nöqtələr sahəsində üçbucağı görən kimi düyməni basmaları istənib. Araşdırmanın sonunda 537 iştirakçının demensiyaya başladığı müəyyənləşib və bu insanların üçbucağı demans olmayanlara nisbətən çox yavaş gördüyü qeyd edilib. Tədqiqatçılar bunun səbəbi Alzheimer xəstəliyi ilə əlaqəli amiloid lövhələrinin ilk olaraq beynin görmə ilə əlaqəli sahələrinə təsir etdiyini söyləyirlər. Demans beyin funksiyalarının davamlı azalması ilə əlaqəli simptomları ifadə edərkən, Alzheimer demans növləri arasında olan bir xəstəlikdir. Alzheimer adətən yaddaş problemləri ilə fərqlənir, lakin yeni araşdırma aparan tədqiqatçılar görmə qabiliyyətini ölçən testlərin daha erkən diaqnoz qoymağa imkan verə biləcəyini düşünürlər.
Alzheimer xəstələrinin diqqətini yayındıran proseslərə məhəl qoymamaqda çətinlik çəkdiklərini ilkin bir simptom olaraq görən alimlər bunun bir göz hərəkətinə nəzarət problemi olaraq ortaya çıxa biləcəyini söyləyirlər. Onlar hazırda göz hərəkətlərinin yaddaşı yaxşılaşdırmağa kömək edib-etmədiyini öyrənmək üçün testlər aparırlar. Digər tərəfdən, göz hərəkətlərini ölçmək üçün istifadə edilən mövcud texnologiyaların bahalı və mürəkkəb olduğunu, bunun da maneə yaratdığını bildirirlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]