Gömrük xətti ilə büdcə daxilolmaları 11 faizdən çox artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gömrük xətti ilə büdcə daxilolmaları 11 faizdən çox artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-sentyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 11.3% artaraq 4 milyard 706,6 milyon manata çatıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 210,7 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 18,2% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 294,4 milyon manat (8,6% çox), aksizlər üzrə daxilolmalar 167,607 milyon manat (38,3% çox), yol vergisi üzrə daxilolmalar isə 33,292 milyon manat (29,3% az) təşkil edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top