
GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO
Azərbaycanın ilk özəl enerji şirkəti GL LTD (GL) Türkiyədə təbii fəlakətin dağıdıcı təsirlərinin aradan qaldırılmasına töhfə vermək üçün qardaş ölkəyə humanitar yardım göndərib.
GL və onun iştirak paylarına sahib olduğu şirkətlərdə – “GL Technical Services”, “Taghiyev Operating Company” və “Salyan Oil Limited”də çalışan 1600-ə yaxın əməkdaş da zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasına dəstək olmaq üçün könüllü ianələr ediblər.
Təbii fəlakətdən zərər çəkənlərin əsas ehtiyaclarının öyrənilməsi və onlara dəstəyin tez bir zamanda fəlakət bölgəsinə çatdırılması üçün GL şirkəti, Türkiyənin Azərbaycandakı səfirliyi və aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edib.
Ərzaq və qeyri-ərzaq məhsullarından ibarət yardımlar ötən həftə yola salınıb və artıq Türkiyənin Kahramanmaraşdakı logistik mərkəzinə çatıb.
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]