Gəncədə istehlakçı hüquqlarına dair Konfrans keçirilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gəncədə istehlakçı hüquqlarına dair Konfrans keçirilib

İyunun 24-də İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının regional bölmələrinin, ictimai təşkilatların nümayəndələrinin və 250-ə yaxın istehlakçının iştirakı ilə Gəncədə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda Konfrans keçirilib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb, Xidmətin həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə məlumat verib. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir, istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Dövlət Xidməti tərəfindən bu ilin ilk 5 ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 24 adda 30 mindən artıq buklet və yaddaş kitabçasının istehlakçılara paylanılmasını təmin edib. Ticarət qaydalarına əməl olunması ilə bağlı maarifləndirici məlumatlar 560 mindən artıq elektron ünvana göndərilib. Bundan başqa, ticarət, ictimai iaşə və digər sahələrdə istehlakçıların bilməli olduqları əsas məsələlərin əks olunduğu 23 adda maarifləndirici məlumat kütləvi informasiya vasitələrində  yayımlanıb.

Konfransda Xidmətin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top