Gəncə Dövlət Universitetinin tələbələri mükafatlandırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gəncə Dövlət Universitetinin tələbələri mükafatlandırılıb

Gəncə, 31 may, AZƏRTAC

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara layiq bilinən tələbələrin mükafatlandırılması davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AzEdu.az və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həmin universitetdə təhsil alan “Brend tələbə”lər təltif olunublar.

Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, AzEdu.az təhsil portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, portalın Regional koordinatoru Leyla Camalzadə və tələbələr iştirak ediblər.

Pərvin Kərimzadə çıxış edərək, “Brend tələbə” statusuna layiq görülmüş gəncləri təbrik edib və Azərbaycan gənclərinin ölkənin sosial-iqtisadi həyatındakı fəal rolundan danışıb.

Daha sonra Elşad Eyvazlı və Leyla Camalzadə tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib, uğur qazanmağın sirlərindən söhbət açıblar.

Çıxışlardan sonra GDU-nun “Brend tələbə”lərinə təltifnamələr təqdim olunub.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top