“Gəncə – 2016 Avropa Gənclər Paytaxtı”nın açılışı keçirilir
“Gəncə – 2016 Avropanın Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilir. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları şəbəkəsinin üzvləri, həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və xarici qonaqlar iştirak edirlər.
Qonaqlar əvvəlcə Ümummillli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər.
Mərasim iştirakçılarını salamlayan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri olan Gəncədə görməkdən məmnun olduğunu ifadə edib və tədbiri açıq elan edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]