Gecikdirilmiş 90 min manat ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib
ECONOMİC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 90 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Qeyd olunan vəsait əmək haqları, işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclərdən ibarət olub.
Yanvar-iyun aylarında 15 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar Əmək Məcəlləsinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]