Gecə gündüzə çevrildi – Məkkədə ildırımın Saat Qülləsini vurmasının heyrətamiz görüntüləri – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gecə gündüzə çevrildi – Məkkədə ildırımın Saat Qülləsini vurmasının heyrətamiz görüntüləri – VİDEO

Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağış zamanı dünyanın ən hündür binalarından biri olan 601 metr hündürlüyündəki Kral Saat Qülləsinə ildırım düşüb.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Kadrlarda ildırımın məşhur saat qülləsini vurması və bunun uzun müddət davam etməsi görünür. Video bir çoxları tərəfindən heyrət və maraqla qarşılanıb.

Məlumata görə, şiddətli yağışa baxmayaraq, Kəbədəki müsəlmanlar ibadətə davam ediblər.

Yeri gəlmişkən Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi sakinləri və turistləri leysan yağışları, həmçinin daşqınlarla bağlı xəbərdar edib.

Mənbə: Akhbar Al-Asr

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top