Futbol üzrə dünya çempionatı: Niderland - Ekvador oyunu heç-heçə yekunlaşıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Futbol üzrə dünya çempionatı: Niderland – Ekvador oyunu heç-heçə yekunlaşıb

Bakı, 25 noyabr, AZƏRTAC

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 6-cı dəqiqədə “narıncılar”dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub – 1:3.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur.

 

AZERTAG.AZ :Futbol üzrə dünya çempionatı: Niderland – Ekvador oyunu heç-heçə yekunlaşıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top