Fukusima-1 AES-dən nümunə götürülməsi dayandırılıb
Bakı, 22 avqust, AZƏRTAC
Fukusima-1 AES-də ərimiş nüvə yanacağından nümunə götürülməsi işləri başladıqdan dərhal sonra dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AES-in istismarı ilə məşğul olan TEPCO şirkəti məlumat yayıb. Səbəb avadanlıqla bağlı problemin ortaya çıxmasıdır.
Plana əsasən xüsusi avadanlıq su borusundan daxil olaraq radioaktiv yanacaq qalıqlarından nümunə götürməli idi. Lakin işə başlayanda avadanlığın düzgün ardıcıllıqla yığılmadığı məlum olub. Buna görə də işlər dayandırılıb. Nümunə götürmək üçün işlərin nə vaxt bərpa olunacağı məlum deyil.
Qeyd edək ki, 2011-ci il martın 11-də sunami nəticəsində Fukuşima AES-in soyutma sistemi sıradan çıxıb və 6 reaktordan 3-ü əriyib. Bu, Çernobıl qəzasından sonra ən böyük nüvə fəlakəti hesab edilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]