Frenk Lempard “Everton”un baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Frenk Lempard “Everton”un baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb

Bakı, 24 yanvar, AZƏRTAC

İngiltərənin “Everton” futbol klubunun baş məşqçisi Frenk Lempard tutduğu vəzifədən qovulub.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Frank və komandasının öhdəliyi və fədakarlığı klubda işlədikləri müddət ərzində nümunəvi olub, lakin son nəticələr və hazırkı liqa vəziyyəti bu çətin qərarın qəbul edilməsini nəzərdə tuturdu. Frank və bütün komandasına gələcək matçlarında uğurlar arzulayırıq. Klub yeni menecer axtarışlarına başlayıb və yaxın vaxtlarda təyinatla bağlı yenilik təqdim edəcək”, – deyə klubdan bildirilib.

Qeyd edək ki, Frenk Lempard ötən ilin yanvarın 31-də “Everton”un baş məşqçisi təyin edilib. Premyer Liqanın bu mövsümündə komanda cəmi üç qələbə qazanıb, son səkkiz görüşdə isə iki dəfə heç-heçə edib, qalan altı matçda isə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top