Florian Zenqstşmid: “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”
“Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”.
Bunu avqustun 21-də Azərbaycan və Hindistanın 30-a yaxın turizm nümayəndəsi arasında keçirilən onlayn tədbir zamanı Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
O, çıxışında qeyd edib ki, Azərbaycan və Hindistanın mədəniyyəti, tarixi və adət-ənənələri arasında bənzərlik ölkələrarası turizm əlaqələrini daha da möhkəmləndirir.
Florian Zenqstşmid ATB-nin SATTE və OTM sərgilərində iştirakı, eləcə də Hindistan mediası ilə əməkdaşlıq barədə məlumat verib. O, Hindistanın turizm sənayesinin nümayəndələrini cari ilin oktyabr ayında keçiriləcək “Travel Business Azerbaijan” tədbirində iştirak etməyə dəvət edib.
Hindistan Respublikasının Azərbaycandakı səfirliyi və Hindistan Turizm Operatorları Assosiasiyasının (IATO) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə, həmçinin Hindistan Turizm Operatorları Assosiasiyasının prezidenti Pronab Sarkar, Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna iştirak edib.
Müxtəlif mövzularda təqdimatların keçirildiyi tədbir sual-cavab sessiyası ilə başa çatıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf […]
-
“Crocus”da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş […]
-
Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin […]