Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

Bakı, 24 iyun, AZƏRTAC

“Bu nəticə ilə dayanmaq olmaz. Daha böyük uğurlar əldə etmək üçün çalışmalıyıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticə qazanan Azərbaycan millisinin çıxışı barədə danışarkən deyib.

O bildirib ki, Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır: “Komanda tərkibində Avropa mükafatçısı olan ağırlıqqaldıranlar var. Yunanıstanda əldə etdiyimiz nəticələri qorumalıyıq. Federasiya olaraq yeniyetmə idmançılarımızın gələcəkdə Olimpiya Oyunlarında və dünya çempionatlarında yüksək nəticələr qazanacağına inanırıq. Çox xoşbəxtik”.

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi ümumilikdə 18 medal (8 qızıl, 5 gümüş və 5 bürünc) qazanıb.

Bu nəticələrə əsasən, Azərbaycan seçməsi 15 yaşadək atletlər arasında Avropa birinciliyində komanda hesabında ikinci yeri tutub. Komandamız ümumilikdə 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adına isə 742 xalla Gürcüstan sahib çıxıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top