
FHN: Tovuzda avtomobildə baş verən yanğın qısa müddətdə söndürülüb
Bakı, 7 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Samir Əliyevə məxsus “VAZ-21011” markalı minik avtomobilində baş verdiyi müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrikinin və salonun yanar hissələri yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Ermənistanın törətdiyi son təxribatlar sülh danışıqları istiqamətində aparılan fəaliyyətə qarşı yönəlib – Şərh
Bakı, 28 may, AZƏRTAC Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən […]
-
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər
Bakı, 28 may, AZƏRTAC Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün […]
-
İtaliya ən azı 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək
Bakı, 28 may, AZƏRTAC İtaliyada ən azı 15 milyon doza koronavirus peyvəndi məhv ediləcək. AZƏRTAC […]