FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Bakı, 31 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 36 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfəri xilas ediblər.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top