FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Bakı, 18 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə daxil olan məlumatla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, mərkəzin qüvvələri gölün daşmasının qarşısının alınması məqsədilə suyun səviyyəsinin endirilməsi istiqamətində müvafiq tədbirləri davam etdirirlər.

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top