
FERMER VƏ SAHİBKARLARA YENİ TEXNİKALAR TƏQDİM OLUNMUŞDUR
Economic.az Nazirliyin saytına istinadən xəbər verir ki, 19 aprel 2016-ci il tarixdə “Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında növbəlilik prinsipinə uyğun olaraq lizinq yolu ilə fermer və sahibkarlara yeni texnikalar təqdim olunmuşdur. Tədbirdə respublikanın bütün regionlarından olan 33 hüquqi və fiziki şəxs iştirak etmişdir. “Aqrolizinq” ASC-nin və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Gəncə Avtomobil Zavodunun istehsalı olan 38 ədəd “MTZ” markalı traktor və 14 ədəd kotan fermer və sahibkarlara təqdim olunmuşdur. Lizinqə verilən kənd təsərrüfatı texnikaları “bir pəncərə” prinsipi əsasında “Aqrolizinq” ASC-nin aidiyyəti struktur bölmələrinin və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşlarının iştirakı ilə dövlət qeydiyyatına alınmış və texniki sənədlərlə birlikdə fermer və sahibkarlara təqdim edilmişdir.
Tədbirdə həmçinin 1 Qarabağ müharibəsi veteranına və 2 şəhid ailəsinə lizinqə verilən yeni traktorlar növbədənkənar olaraq təqdim olunmuşdur.
Sonda fermer və sahibkarlar göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]