Fələstinə dəstək aksiyalarında iştirak edən Stanford Universitetinin 13 tələbəsi həbs olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fələstinə dəstək aksiyalarında iştirak edən Stanford Universitetinin 13 tələbəsi həbs olunub

Vaşinqton, 6 iyun, AZƏRTAC

ABŞ-da Fələstinə dəstək aksiyalarında iştirak edən Stanford Universitetinin 13 tələbəsi həbs olunub.

AZƏRTAC-ın məlumatına görə, təhsil müəssisəsinin binasına qanunsuz daxil olan tələbələr universitetin prezidentinin ofisini zəbt ediblər. Onlara mane olmaq istəyən təhlükəsizlik əməkdaşı xəsarət alıb. Universitetin yaydığı məlumata görə, təhsil müəssisəsinin binasına daxildən və xaricdən xəsarətlər yetirilib. Bildirlir ki, həbs olunan tələbələr universitetdən uzaqlaşdırılacaq və sonuncu kursda olan tələbələrin məzun olmasına icazə verilməyəcək.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top