FED sentyabrda uçot dərəcəsini azaltmağı planlaşdırır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

FED sentyabrda uçot dərəcəsini azaltmağı planlaşdırır

Vaşinqton, 23 avqust, AZƏRTAC

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini azaltmağı planlaşdırır. AZƏRTAC-ın məlumatına görə, bu barədə FED-in sədri Cerom Pauel Vayomin ştatındakı Cekson Houl şəhərində keçirilən Mərkəzi Bank rəhbərlərinin illik iqtisadi simpoziumunda çıxışı zamanı deyib. O, sentyabr ayında yüksək faiz dərəcələrinin azaldılacağını açıqlayıb.

“Siyasətin korreksiyasının vaxtı çatıb və istiqamət aydındır. Dərəcələrin azaldılmasının vaxtı və sürəti daxil olan məlumatlardan, inkişaf edən proqnozlardan və risklərin balansından asılı olacaq”, – deyə FED sədri qeyd edib. O, əsas faiz dərəcəsinin nə qədər aşağı salınacağını bildirməyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top