
Ətraf mühitin qorunmasına xidmət edəcək yeni dövlət standartı təsdiq edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ISO 14001 beynəlxalq standartın son versiyasına əsaslanan standartın layihəsi Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı ilə hazırlanıb. Yeni dövlət standartının qüvvəyə minməsi ilə əlaqədar AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri. İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” və AZS 054-2001 “Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər” dövlət standartları qüvvədən düşüb.
Yeni standartın tətbiqi enerjidən və sudan istifadənin səmərəliliyinin artırılmasına, qanunvericiliyin tələblərinin sistemli şəkildə yerinə yetirilməsinə və ətraf mühitin qorunmasına xidmət edəcək.
Qeyd edək ki, standart Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının həyata keçirilməsinə dair təsdiq edilən Tədbirlər Planına əsasən hazırlanıb.
BƏNZƏR MƏQALƏLƏR
-
ABŞ-ın ev təsərrüfatlarının borcu ikinci rübdə 16 trilyon dolları ötüb
ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 […]
-
Putindən Ərdoğana jest! Rusiya Akkuyu Elektrik Stansiyasına görə Türkiyəyə 15 milyard dollar göndərir
Rusiya Akkuyu Atom Elektrik Stansiyasına yatırımı üçün Türkiyəyə üç həftə ərzində 15 milyar dolar göndərəcək. […]
-
İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun […]