“Əshabi-Kəhf” mağarasına üz tutan zəvvarların sayı artır – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Əshabi-Kəhf” mağarasına üz tutan zəvvarların sayı artır – VİDEO

Müqəddəs “Əshabi-Kəhf” mağarası Culfa rayonunun keçmiş Haçaparaq kəndi ərazisində yerləşir.

Girişi güneydən başlanan mağara quzey istiqamətində dağın içərisinə doğru uzanıb gedir. Mağara dəniz səviyyəsindən 1 666 metr hündürlükdədir.

Dünyanın bir sıra bölgələrində “Əshabi-Kəhf” adı ilə tanınan mağaralar olsa da, “Qurani-Kərim”də adı keçən müqəddəs məkanın məhz buradakı ziyarətgahın olduğu iddia edilir.

“Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət edənlərin sayı ildən-ilə artmaqdadır.

Mütəxəssislər hesab edirlər ki, bu möhtəşəm tarixi abidə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmalı və bəşər mədəniyyətinin incisi kimi dünyada tanıdılmalıdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top