Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Tbilisi, 17 iyun, AZƏRTAC

Ermənistan parlamentinin iyunun 17-nə çağırılan növbədənkənar sessiyası baş tutmayıb.

AZƏRTAC xəbər verir ki, buna “Vətəndaş müqaviləsi” iqtidar partiyasından olan deputatların sessiyaya gəlməmələri səbəb olub.

Yerli mətbuatın yazdığına görə, növbədənkənar sessiyasının gündəliyinə baş nazir Nikol Paşinyanın və hökumətin istefası barədə məsələ daxil edilmişdi.

Qeyd olunur ki, hökumətin istefası təşəbbüsü ilə parlament müxalifəti çıxış edib.

Arxiyepiskop Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə” hərəkatı parlamentin qarşısında izdihamlı mitinq keçirmək barədə qərar qəbul edib.

 

Xətayi Əzizov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top