Ermənilər heyvandarlıq təsərrüfatına ciddi zərər vurub.FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ermənilər heyvandarlıq təsərrüfatına ciddi zərər vurub.FOTO

Məlum olduğu kimi, atəşkəs rejimini mütəmadi pozan erməni təxribatçıları dinc əhali ilə yanaşı, mülki obyektləri də atəşə tutmaqda davam edirlər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən economic.az verilən məlumata görə, Aprelin 27-dən 28-ə keçən gecə ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdamın Əfətli kəndində yerləşən “Qara inək fermer təsərrüfatı” MMC-yə ciddi ziyan dəymiş, ofis binası dağılmış, sağım sistemi sıradan çıxmış, təsərrüfatın südün saxlanılması hissəsinə və tövlələrə ciddi zərər dəymiş, çoxlu sayda mal-qara tələf olmuşdur.

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri Ağdamın Əfətli kəndində güzəştli kreditlərdən istifadə etməklə yaradılan “Qara inək fermer təsərrüfatı” MMC-də olmuş, təsərrüfata baxış keçirmişlər.

“Qara inək fermer təsərrüfatı” MMC-nin fəaliyyətinin bərpası üçün sahibkara lazımi köməklik göstərilir.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top