Energetika subyektinin təqsiri üzündən dəymiş zərər ödəniləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Energetika subyektinin təqsiri üzündən dəymiş zərər ödəniləcək

Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, energetika subyektinin təqsiri üzündən ətraf mühitə dəymiş zərər həmin zərəri vuran energetika subyekti tərəfindən aradan qaldırılır və ya ətraf mühitə dəymiş zərərin əvəzi tam olaraq ödəniləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Energetika subyektinin təqsiri üzündən üçüncü şəxslərin həyat və sağlamlığına və əmlakına dəymiş zərərin əvəzi həmin zərəri vuran energetika subyekti tərəfindən Mülki Məcəllədə müəyyən edilmiş həcmdə və qaydada ödənilir. Energetika obyektlərinin istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası “İcbari sığortalar haqqında” qanuna və Mülki Məcəlləyə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, fəaliyyət qısa bir müddət ərzində və müvafiq daşınmaz əmlakın istifadəsinə ciddi maneələr törətmədən aparıldıqda, onun mülkiyyətçisinin, istifadəçisinin və ya qonşusunun yalnız belə fəaliyyətin aparılması nəticəsində onun əmlakına vurulmuş maddi zərərə görə kompensasiya almaq hüququ var. Fəaliyyət uzun bir müddət ərzində aparıldıqda və ya bununla müvafiq daşınmaz əmlakın normal istifadəsinə ciddi maneələr törədildikdə və bunların nəticəsində iqtisadi çətinliklər yarandıqda çəkilən xərclərə görə daşınmaz əmlakın mülkiyyətçisi, istifadəçisi və ya qonşusu əlavə kompensasiya ala bilər. Belə kompensasiyanın şərtləri və məbləği qüvvədə olan qanunvericiliyə uyğun qəbul edilmiş qaydalarla müəyyən edilir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top