
Ən çox səyahət etməyi sevən xalq hansıdır?
Dünya Turizm Təşkilatı (UNWTO) beynəlxalq turizmin maliyyə göstəricilərinə dair hesabat dərc edib.
Sənədə əsasən, dünyada vətəndaşları tərəfindən səyahətlərə ən cox vəsait xərcləyən ölkə Çin olub. 2015-ci ildə çinlilər səfər xərclərini 25 % artıraraq səyahətlərə 292 milyard dollar ayırıblar.
ABŞ vətəndaşları 120 milyard dollarla pillənin ikinci yerini tutublar. Onlar 2015-cı ildə 9% çox səyahət ediblər. Almanlar səfərlərə keçən il 76 milyard, Böyük Britaniya vətəndaşları 63 milyard, fransalılar isə 38 milyard dollar sərf ediblər.
2015-ci ildə turizm sahəsinin gəliri 3,6 % artaraq 1,4 trilyona çatıb. Bu rəqəm özundə otel və restoran, əyləncə və alış-veriş xərclərini, suvenir satışından alınan gəlirləri cəmləşdirir.
Dünya Turizm Təşkilatının məlumatına əsasən, dünyanın əsas turizm istiqamətləri ABŞ, Çin, İspaniya və Fransadır. Kecən il Karib körfəzi, Orta və Cənubi Amerika ölkələri turist sahəsindən gələn gəlirlərdə xeyli artım nümayış etdiriblər. trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
89 yaşlı Al Paçino arvadından şübhələnib: Uşaq məndən deyil – FOTO
Dünya şöhrətli amerikalı aktyor Al Paçino 29 yaşlı sevgilisi, prodüser Nur Alfallahdan atalıq testindən keçməsini […]
-
Məğlubiyyəti həzm etməyən Maurinyo dayanacaqda hakimi təhqir etdi – FOTO/VİDEO
“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında İspaniyanın “Sevilya” klubuna qarşı keçirdiyi oyundan sonra […]
-
CAR Putini həbs etmək istəmədiyi üçün hiylə işlədir
Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Çindən bu il BRİKS sammitinə ev sahibliyi etməsini istəyə bilər. […]