Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir
Bakı, 23 avqust, AZƏRTAC
“AZFEN-NN Tikinti Təmir Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin internet xətlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]