
Elmir Vəlizadə: “Azerspace-1” layihəsi iqtisadi mənfəətlə fəaliyyət göstərir
“Azerspace-1” layihəsi iqtisadi mənfəətlə fəaliyyət göstərir. Növbəti il 2-ci peyk kosmosa göndərildikdən sonra Azərbaycanın bu sahədə fəaliyyət imkanları daha da genişlənəcək. Ölkədə rəqəmsal yayıma tam keçid isə yaxın zamanlarda reallaşdırılacaq.
Azərbaycanın “Azerspace-1” telekommunikasiya peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu. Artıq Azerspace-1 peyki dünyanın peyk sistemləri arasında öz yerini tutub. Hazırda peykin resurslarından bir çox ölkələr istifadə edir və onların sayı daim artır. 2013-cü ilin fevral ayında orbitə buraxılan Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bu barədə məlumat verdi. Bildirid ki, hazırda “Azerspace-2” telekommunikasiya peykinin tikintisi istıqamətində işlər aparılır. Yeni peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
Azərbaycanda rəqəmsal yayıma tam keçid isə müəyyən texniki və təşkilati məsələlərin həllini tələb edir. Nazir müavinin sözlərinə görə, hazırda rəqəmsal televiziya infrastrukturunun hazırlığı yüksək səviyyədir və ölkə əhalisinin təqribən 99 faizi rəqəmsal siqnal yayımı ilə əhatə olunub. Hazırda analoq yayım da paralel olaraq davam etdirlir və bu yayımın dayandırılması bəzi xırda məsələlərin həllini gözləyir.
BƏNZƏR MƏQALƏLƏR
-
Telefon nömrəsini bilmədən də “WhatsApp”da ünsiyyət mümkün olacaq – FOTO
“WhatsApp” mesencerinin “Android”lər üçün 2.23.11.15 beta versiyasında tarixi dəyişikliyə imza atılıb. Mesencerin saytından verilən məlumata […]
-
“Microsoft” şirkətindən yaranan problemə “söndür-yandır, düzələcək” kimi çıxış yolu
“Windows” 10 və 11 üçün yeniləmələr bəzi funksiyalarda problemlərə səbəb olub. Bu barədə “BleepingComputer”dən xəbər […]
-
“Süni intellektə nəzarət edilməlidir, yoxsa gec olacaq” – “Tesla”da çalışan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO
ABŞ-də yaşayan həmyerlimiz Vüsal Məmmədov dünyaca məşhur avtomobil və digər nəqliyyat vasitələri istehsalçısı olan “Tesla” […]