
Elman Rüstəmov: “Azərbaycan və İran bank sektorunda mövcud olan problemləri həll edəcək”
Tehranda səfərdə olan Azərbaycan Mərkəzi Bankının sədriElman Rüstəmov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.
Economic.az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə M. Vaezi bildirib ki, bank sektorunda əlaqələrin genişləndirilməsi ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
“Hər iki ölkənin bankları həm dövlət, həm də özəl sektora güzəştə getməlidir ki, bu da öz növbəsində ticarət dövriyyəsinin artmasına səbəb olacaq”, – deyə M. Vaezi qeyd edib.
E. Rüstəmov isə deyib ki, İran və Azərbaycan arasında bank sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə müvafiq komitə yaradılıb. “Komitənin həmsədrləri hər iki ölkənin Mərkəzi Bank sədrlərinin müavinləridir. Bu komitə iki ölkə arasında bank sahəsindəki əməkdaşlıqda mövcud olan problemləri həll etməyi öhdəliyinə götürüb. Komitə həmçinin broker əlaqələri və yeni bank filiallarının yaradılması, habelə digər xidmətlərin inkişaf etdirilməsini asanlaşdırmağa çalışacaq”.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]