Əli Əsədov Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib -
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əli Əsədov

Əli Əsədov Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib

Baş nazir Əli Əsədov Yaponiyanın Azərbaycandakı səfirliyinə gedərək sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib.

Baş nazir Ə.Əsədov səfirlikdə açılan matəm kitabına Şinzo Abenin ona edilən sui-qəsd nəticəsində ölümü xəbərinin sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazdı.

Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edildi.  Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir edildi.

Həmçinin mərhumun ailəsinə və yaxınlarına, dost Yaponiya xalqına dərin hüznlə başsağlığı verildi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top