
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə məsələ investorlarla razılaşdırılıb.
“Report” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə layihələrin icrasına başlanılıb:
“Karqo terminallarının 2026-cı ildən işə düşəcəyi gözlənilir. Bu terminallarla ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq və gələcəkdə bu həcm təxminən 1,5 milyon tona çatdırılacaq. İnvestorların sayını nəzərə alaraq Ələt Azad İqtisadi Zonasında 138 hektarlıq ərazidə tikinti işləri də aparmağa hazırıq”.
“Ələt Azad İqtisadi Zonası bütün təklifləri nəzərdən keçirməyə hazırdır, amma o investorlara üstünlük veriləcək ki, onlar ixrac əsaslı istehsalata diqqət yönəltsinlər və beynəlxalq ticarət xidmətləri, innovativ texnologiyalar tətbiq etsinlər. Onların istehsal etdiyi malların azı 75%-i ixrac edilməlidir. Bunun məqsədi kiçik müəssisələrin yerli bazara konsentrasiyasının qarşısını almaqdır”, – deyə V.Ələsgərov əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]
-
Zəngilanda TDT-nin nəqliyyat nazirlərinin iclası keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: […]